DƏRS ÇIXARMADILAR: Rusiya MN həmişəki ampluasındadır... - “Furux”, “Dağlıq Qarabağ silahlı birləşmələri”…

13-04-2022, 10:12           
DƏRS ÇIXARMADILAR: Rusiya MN həmişəki ampluasındadır... -
“Son sutka ərzində Azərbaycan Respublikası silahlı qüvvələrinin bölmələri tərəfindən FURUX qəsəbəsi ərazisində atəşkəs rejiminin 1 dəfə pozulması qeydə alınıb, nəticədə Dağlıq Qarabağ silahlı birləşmələrinin 1 hərbi qulluqçusu yaralanıb. Sülhməramlı kontingentin komandanlığı hər iki tərəfin nümayəndələri ilə birgə insidenti aradan qaldırıb”. Teref.az moderator.az-a istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının “sülhməramlı”lara aid bölməsində aprelin 19-u Bakı vaxtı ilə saat 20:00-a dair bülletendə belə deyilir.

Atəşkəsin gerçəkdən pozulub-pozulmaması başqa məsələdir. Diqqəti çəkən əsas odur ki, 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasından bəri keçən dövrdə Azərbaycanın rəsmi və qeyri-rəsmi qurumlarının, media və ictimaiyyətinin etirazlarına, o cümlədən Azərbaycan Müdafiə Nazirliyinin martın 26-27-də verdiyi bəyanatlara rəğmən Rusiya MN öz xəbər, bülleten və xəritələrində “Dağlıq Qarabağ” və “Dağlıq Qarabağ silahlı birləşmələri” ifadələrini işlətməkdən əl çəkmir. Həmçinin Azərbayacn MN-in son bəyanatlarında vurğuladığı Azərbaycan Respublikası Xocalı rayonunun Fərrux kəndinin adını yenə də “Furux” kimi işlədir.

Bu isə növbəti dəfə Azərbaycan Respublikasının beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyü və sueverenliyinə, eləcə də Rusiya Silahlı Qüvvələrinin Ali baş komandanı V. Putin tərəfindən də imzalanmış 10 noyabr 2020-ci il üçtərəfli bəyannaməyə də hörmətsizlikdir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru