Zelenski: "Rusiya Ukraynada SSRİ-nin Əfqanıstan müharibəsində əsgərindən çox hərbçi itirib"

13-04-2022, 09:16           
Zelenski: "Rusiya Ukraynada SSRİ-nin Əfqanıstan müharibəsində əsgərindən çox hərbçi itirib"
Rusiya ordusunun Ukraynadakı 48 gündə itkisi Sovet İttifaqının Əfqanıstandakı 10 illik müharibəsindən daha yüksək səviyyəyə çatıb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin 48-ci gününün yekunlarına dair videomüraciətində deyib.

O, xatırladıb ki, Rusiya Kiyevi 48 saata ələ keçirəcəyi ilə öyünürdü.

"Digər tərəfdən, Ukrayna artıq 48 gündür ki, düşmənin hücumlarını dəf edir. Bu gün bunu xatırlamağa dəyər.

Xatırladaq ki, Rusiya rəhbərliyi fevralın 24-dən bir neçə gün sonra, işğal başlayandan sonra Kreşatikdə işğalçıların paradını görməyə ümid edirdi. Lakin o, hər gün müdafiəçilərimizin cəhənnəmə göndərdiyi işğalçıları görür. Artıq 48 günə qədər uzanan 48 saat ərzində Rusiya ordusu 10 ildə Sovet İttifaqının Əfqanıstandakı müharibədəki itkilərindən yüksək səviyyəyə çatdı. Rusiyanın Çeçenistandakı iki müharibədəki itkilərindən çox”, - Zelenski vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru