ABŞ-dan Ukraynaya BÖYÜK DƏSTƏK GƏLİR - Rusiya ŞOKDA
13-04-2022, 11:23

Pentaqon Ukraynaya "Humvee" zirehli avtomobilləri və haubitsalar verə bilər.
Teref.Az APA-ya istinadən bildirir ki, bu barədə "Washington Post" ABŞ hökumətindəki mənbələrə istinadla məlumat yayıb.
"Amerikalı məmurlar bildirirlər ki, Bayden administrasiyası Ukraynaya veriləcək silahların spektrini genişləndirməyə hazırdır. Bu xüsusda Pentaqon Ukraynaya "Humvee" zirehli avtomobilləri və digər müasir vasitələr verə bilər. Yeni yardım paketinin həcmi 750 milyon dollardır" - deyə qəzet bildirir.
Vaşinqtonda müzakirə edilən ilkin plana görə, yardım paketinə Mi-17 helikopterləri, haubitsalar, sahil mühafizə PUA-ları daxil idi. Bunların hamısının yekun siyahıya düşüb-düşməyəcəyi bilinmir" - deyə müəllif qeyd edib.
Bundan əvvəl Pentaqon ABŞ-ın Ukraynanı daha uzun hədəfli silahlarla təmin etmək imkanını açıqlamışdı. Hazırda Kiyevə 800 milyon dollar məbləğində hərbi yardımın sonuncu paketinin çatdırılması demək olar ki, başa çatıb.
Aprelin 7-si ABŞ Senatı ölkəyə hərbi yardımın göstərilməsini sadələşdirməli olan “Ukraynada demokratiyanı qorumaq üçün icarəyə vermək haqqında” qanun layihəsini təsdiqləyib. Bu, İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın ilk kredit-icarə proqramıdır.