Britaniya kəşfiyyatı: "Rusiyanın Dvornikovu komandan təyin etməsi planların baş tutmamasını göstərir"

13-04-2022, 10:58           
Britaniya kəşfiyyatı:
“Rusiya tərəfindən ordu generalı Aleksandr Dvornikovun Ukraynadakı müharibəyə komandan təyin edilməsi komandanlıq və nəzarəti mərkəzləşdirmək cəhdini əks etdirir. Hərbi aktivliyin koordinasiya edilə bilinməməsi bu günə qədər Rusiyanın işğal planlarına mane olub”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Bir çox yüksək rütbəli Rusiya generalları kimi, Dvornikov da Suriyada keçmiş komandanlıq təcrübəsinə malikdir. Bundan əlavə, 2016-cı ildən Rusiyanın Ukraynanın Donbas bölgəsi ilə həmsərhəd olan Cənub Hərbi Dairəsinə komandanlıq edib. Dvornikovun seçimi Ukraynanın qətiyyətli müqavimətinin və müharibədən əvvəlki səmərəsiz planlaşdırmanın Rusiyanı öz əməliyyatlarını yenidən qiymətləndirməyə necə vadar etdiyini bir daha nümayiş etdirir”, - məlumatda vurğunıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru