Rusiya Kiyevi niyə tuta bilmədi? - Zelenski açıqladı
14-04-2022, 00:07
“Ağır silahlarla təchiz olunarsa Ukraynadan başqa heç kim Rusiyanın qarşısını ala biməz”.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın Prezidenti Vladimir Zelenski videomüraciətində deyib.
“Rusiya əmin idi ki, Ukraynanı 5 günə işğal edəcək. Bu, bizim ölkəmizi məhv etmək, demokratiyamızı çökdürmək üçün onların təyin etdiyi zaman kəsimi idi. Lakin onların kimə qarşı savaşacaqlarına dair aydın bir fikri yox idi. Ruslar bilmirdilər ki, biz öz azadlığımızı necə qiymətləndiririk”, - Zelenski bildirib.
Zelenski qeyd edib ki, ötən bu müddət ərzində Ukrayna qüvvələri Rusiyanın çox sayda silah və hərbi texnikasını məhv edib: “Lakin bu kifayət deyil. Rusiya Polşaya, Moldovaya, Rumıniyaya və Baltik ölkələrinə hücum etmək gücünə malikdir. Əgər Ukraynanın azadlığı əldən gedərsə, bu ölkələr növbəti hədəf ola bilər. Buça və Mariupoldan olan görüntülər Rusiyanın dünya üçün real niyyətlərini nümayiş etdirir. Bu, yalnız silahın gücü ilə dayandırıla bilər və bu istiqamətdə indi addım atılmalıdır”.