Nuland: “ABŞ çox güman ki, Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırımı kimi tanıyacaq”

14-04-2022, 10:06           
Nuland: “ABŞ çox güman ki, Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırımı kimi tanıyacaq”
“Birləşmiş Ştatların Rusiyanın 2022-ci ilin fevralında Ukraynada başlatdığı hərbi əməliyyatı soyqırımı kimi tanımaq ehtimalı yüksəkdir”.

“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bildirib.

“Prezident Cozef Baydenin dediklərini nəhayət yüksək ehtimalla tapacağımızı təxmin edə bilərəm. Çünki yer üzündə baş verənlər təsadüfi deyil”, - Nuland “CNN”də deyib.

Qeyd edək ki, C. Bayden Rusiyanın Ukrayna ilə bağlı siyasətini soyqırımı adlandırıb, lakin qeyd edib ki, onun hüquqi baxımdan bu şəkildə kvalifikasiya edilib-edilməməsi ilə bağlı qərarı hüquqşünaslar verməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru