Rusiya hərbi komandanlığı Belarus sakinlərini belə ALDADIR - ƏTRAFLI
14-04-2022, 11:47

“Rusiya qoşunları Ukraynanın şərq sərhədi yaxınlığında aviasiya qrupu yaratmağa, artilleriya bölmələrini gücləndirməyə, komanda və idarəetmə, kəşfiyyat və tibbi dəstək sistemlərini optimallaşdırmağa davam edir”
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumatda bildirilir.
Baş Qərargahın yaydığı xülasəni təqdim edirik:
“İşğalçılar Xarkov, Donetsk və Zaporojye vilayətlərində hərbi və mülki infrastruktura sistemli raket və bomba zərbələri endirməkdə davam edir.
Volın və Polesye istiqamətlərində düşmənin fəal hərəkətləri qeydə alınmayıb.
Belarus Silahlı Qüvvələrinin müəyyən hissələri Brest və Qomel vilayətlərində Ukrayna-Belarus sərhədinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirir. Planlaşdırılan döyüş hazırlığı tədbirləri həyata keçirilir. Ruslar Belarusun Xolmiç şəhərində propoqanda aparır. Onlar şəhərin yerli sakinlərə guya Ukrayna bölmələrinin istənilən vaxt Belarus ərazisinə hücum edə biləcəyini deyirlər.
Siversk istiqamətində rus qoşunları Bryansk və Kursk vilayətləri ərazisindən Mərkəzi Hərbi Dairənin hissələrini yenidən qruplaşdırır. Onlar Belqorod və Voronej vilayətlərində cəmləşməyə göndərir. Düşmən sərhəddə nəzarəti gücləndirir. Dayaq məntəqələrini mühəndis texnikası, canlı qüvvə, silah və hərbi texnika ilə təmin edir.
Slobojansk istiqamətində işğalçılar ehtimal olunan hücum istiqamətlərinin kəşfiyyat, komanda-nəzarət və tibbi təminat sistemini qururlar. Raşistlər Xarkovu qismən mühasirəyə alıb, Onlar şəhəri artilleriya atəşinə tutur, bölmələri yenidən qruplaşdırır və təchizatı artırır.
Donetsk və Tavrida istiqamətlərində düşmən Slavyansk, Popasna və Kuraxovo əraziləri uğrunda vuruşur və Mariupola hücum edir.
Lakin heç bir uğurlu nəticə əldə edə bilmir. Hazırda döyüşlər davam edir.
Mərkəzi Hərbi Dairənin 2-ci Əlahiddə Ümumqoşun Ordusunun ayrı-ayrı bölmələri Severodonetsk ərazisində düşmən qruplaşmasını gücləndirir.
Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərində düşmən məcburi səfərbərliyi davam etdirir. Xüsusilə, Qorlovkada fərdi və çoxmənzilli kvartalların gündəlik dövriyyəsi həyata keçirilir.
Müəyyən edilib ki, Rusiya komandanlığı qondarma “DXR”ə 60-70 min nəfərin səfərbər edilməsi öhdəliyi qoyub. Lakin bu göstəricilər cəmi 20 faiz yerinə yetirilib.
Cənubi Buzki istiqamətində düşmən döyüş qabiliyyətini bərpa etmək, döyüş sursatını artırmaq, mövqelərin mühəndis texnikası ilə təchiz edilməsi üzrə tədbirlər həyata keçirir. Aleksandrovkada rus işğalçılarla mübarizə gedir. Onlar Osokorovka ərazisində itirilmiş mövqeləri geri qaytarmaq üçün hücumu bərpa etməyə çalışırlar.
Donbasda Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində düşmənin 8 hücumunu dəf edib, bir tankı, 4 zirehli texnikasını, 6 texnikasını, 1 artilleriya sistemini məhv edib.
Ötən sutka ərzində 2 rus qırıcısını vurulub.
Xatırladaq ki, aprelin 13-də Odessa vilayət hərbi dairəsi Rusiyanın “Moskva” raket kreyserinin Ukrayna Silahlı Qüvvələrinin tərəfindən vurulduğunu açıqlayıb. Rusiya Müdafiə Nazirliyi Rusiya Qara Dəniz Donanmasının bu flaqmanının ciddi zədələndiyini təsdiqləyib.
Vəsilə İbrahim,