RUSİYA QARA DƏNİZDƏKİ MÖVQEYİNƏ YENİDƏN BAXACAQ... - Britaniya kəşfiyyatı

15-04-2022, 12:49           
RUSİYA QARA DƏNİZDƏKİ MÖVQEYİNƏ YENİDƏN BAXACAQ... - Britaniya kəşfiyyatı
“İki mühüm dəniz qurğusunun itirilməsi Rusiyanı Qara dənizdəki mövqeyinə yenidən baxmağa məcbur edə bilər”.

Qafqaz.media xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin yeni hesabatında deyilir.

Nazirlik Rusiya Qara Dəniz Donanmasının flaqmanı olan “Moskva” kreyserinin hava hücumundan müdafiə bölməsi kimi mühüm rol oynadığını vurğulayıb.

“Sovet gəmisi Rusiya donanmasında üç mühüm kreyserdən biri idi. Əvvəlcə 1979-cu ildə istismara verilən “Moskva” öz imkanlarını artırmaq üçün geniş təmirdən keçdi və yalnız 2021-ci ildə xidmətə qayıtdı”.

Eyni zamanda, kəşfiyyat qeyd edir ki, Ukraynaya hücumdan sonra Rusiyanın artıq iki əsas dəniz qurğusuna ziyan vurulub, onlardan birincisi martın 24-də “Alliqator” sinifli “Saratov” desant gəmisi olub.

"Hər iki hadisə çox güman ki, Rusiyanı Qara dənizdəki dəniz mövqeyinə yenidən baxmağa məcbur edəcək", - hesabatda deyilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.