Nəhəng beynəlxalq daşıyıcılar Rusiya məhsullarını tədarük etməkdən imtina ediblər

16-04-2022, 10:17           
Nəhəng beynəlxalq daşıyıcılar Rusiya məhsullarını tədarük etməkdən imtina ediblər
Bəzi iri beynəlxalq daşıyıcılar Rusiya məhsullarını tədarük etməkdən imtina edirlər. Bu barədə Rusiyanın Sənaye və Ticarət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bir sıra iri beynəlxalq daşıyıcıların, ilk növbədə, Rusiyaya dost olmayan dövlətlərə məxsus daşıyıcıların əməkdaşlıqdan imtina etməsi səbəbindən yaranan müəyyən çətinliklər aradan qaldırılıb.

“Çətinliklər Aİ-nin Rusiya nömrəli yük maşınlarının ölkəyə girişinə qadağa qoyması səbəbindən yaranıb. Həmçinin Avropa sığorta şirkətlərinin Rusiya ərazisində Aİ-dən gələn avtomobillər üçün riskləri qarşılamaqdan imtina etməsi də öz təsirini göstərib”, – deyə nazirlikdən açıqlama verilib.

Həmçinin qeyd olunub ki, nazirlik vəziyyətə nəzarət edir və Rusiya şirkətlərinə problemlərin həllində köməklik göstərir. Eyni zamanda situasiya mərkəzi və qaynar xətt fəaliyyət göstərir.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru