Rusiya - İsrail: Dostluğa son?
16-04-2022, 08:56

Rusiyanın xarici işlər nazirliyi İsrailin xarici işlər naziri Yair Lapidin Rusiya Federasiyasının BMT- nin insan haqları şurasında üzlüyünə xitam verilməsi barəsində bəyanatlarını Rusiyanın əleyhinə olan bəyanatlar adlandırıb.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya xarici siyasət idarəsinin saytı məlumat yayıb.
"İsrailin xarici işlər naziri Yair Lapidin aprelin 7- də növbəti Rusiya əleyhinə hücumu diqqətimizi çəkib. Bunlar təəssüf doğurur və qəbuledilməzdir".
Lapid bəyan edib ki, İsrail BMT Baş Assambleyasının Rusiyanın insan haqları üzrə şurasında üzlüyünün dayandırılması qərarını dəstəkləyib. Bu zaman o, bu təşkilatın özünü "ekstremist, mənəvi cəhətdən qüsurlu və qərəzli" adlandırıb.
O, qeyd edib ki, BMT- nin insan haqları üzrə şurası yarandığı gündən İsrail əleyhinə mövqe sərgiləyib və bu illər ərzində İsrailə qarşı hücumlar üçün siyasi alətə çevrilib.
Rusiya XİN hesab edir ki, İsrail Ukraynadakı vəziyyətdən istifadə edərək, dünya birliyinin diqqətini İsrail- Fələstin münaqişəsindən yayındırmağa cəhd edir.
"İsrail hökuməti BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının çoxsaglı qərarlarına rəğmən, Fələstin ərazilərini işğal altında saxlayır, nəticədə 2, 5 milyondan artıq fələstinli İordan çayının qərb sahilində dünyadan təcrid edilmiş anklavlarda yaşamağa məcburdur.
Qəzzə bölməsi əslində "açıq səma altında olan həbsxana"dır, onun 2 milyonluq əhalisi İsrail tərəfindən yaradılan dəniz, hava cə quru blokada şəraitində yaşayır".
İsrailin dünyada müharibədən sonra ən uzunmüddətli işğalı isə aparıcı Qərb dövlətlərinin məsuliyyətsizliyi və ABŞ- ın faktiki dəstəyi ilə həyata keçirilir.
Xatırladaq ki, BMT Baş Assambleyası Rusiyanın təşkilatın insan haqları üzrə şurasında üzvlüyünün dayandırılması barədə qətnamə qəbul edib. Qətnamənin lehinə 93 dövlət, o cümlədən İsrail səs verib, 24 dövlət əleyhinə çıxıb, 58 dövlət bitərəf qalıb. BMT bəyan edib ki, Rusiya şurada öz yerini saxlayacaq, amma səs və çıxış hüququ olmayacaq.