"Yeni dünya nizamnda Avropaya yer yoxdur" - Politoloq
16-04-2022, 11:45
“Avropa yeni dünya nizamında heç bir rol oynamayacaq”.
Yenisabah.az “Rossiya 1”ə istinadla xəbər verir ki, bunu telekanalda yayımlanan “Vladimir Solovyovla axşam” proqramında politoloq Dmitri Yevstafyev deyib.
Ekspert hesab edir ki, avropalılar nəyə cəlb olunduqlarını artıq anlamağa başlayıblar.
“Fəlakətin miqyası artıq onlara çatmağa başlayıb. Onlar bu günə qədər fəlakətin dərinliyini anlamırdılar. Bu "xırda, əhəmiyyətsizliyin" fərqində varmaq gələcək dünyanın əsas oyunçularının kim olacağını müəyyənləşdirəcək və burada avropalılar olmayacaq” - deyə Yevstafyev qeyd edib.
Politoloq hesab edir ki, gələcək dünya nizamında beşdən çox əsas oyunçu olmayacaq və ən mühüm ölkələr arasında Rusiya və Çin, habelə Hindistan ilk sıranı tutacaq.