Rusiyalı senator Konstantin Kosaçev ABŞ-ın Ukraynadakı biolaboratoriyaları ilə bağlı diqqət çəkən açıqlama verib. AzVision.az xəbər verir ki, o, Vaşinqtonun Ukraynadakı laboratoriyasını Monqolustana köçürdüyünü iddia edib. Kosaçevin sözlərinə görə, bioloji laboratoriyaların köçürülməsi ilə bağlı məlumatlar bu yaxınlarda ortaya çıxıb.
- Yenicə ortaya belə bir məlumat çıxdı ki, xüsusi hərbi əməliyyatlar başlayandan sonra amerikalılar Monqolustanla əlaqə saxlayıblar. Onlar orada laboratoriyalar qurmağa hazırlaşırlar. Amerikalıların Ukraynada bağladıqları laboratoriyaların Monqolustanda peyda olacağına inanmaq üçün ciddi əsaslar var, - senator deyib.
Kosaçev iddiaları ilə yanaşı, eyni zamanda ortaya heç bir konkret fakt da qoymayıb.