"Putin Ukraynanı tamamilə zəbt etmək planlarından əl çəkməyib..."

17-04-2022, 00:01           
"Putin Ukraynanı tamamilə zəbt etmək planlarından əl çəkməyib..."
"Moskva" kreyseri itiriləndən sonra da Rusiya sahil sularına nəzarəti özündə saxlayır

Rusiya özünün flaqman kreyseri olan "Moskva"nı itirdikdən sonra belə Ukraynanın sahil sularına nəzarəti davam edir, gəmiçiliyi blokadaya salır və kəşfiyyat fəaliyyətini mümkünsüz edir.

Moderator.az xəbər verir ki, bu barədə УНИАН saytının milli telemarafon efirində Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bəyan edib.

Onun sözlərinə görə, Rusiya müharibəni dayandırmaq fikrində deyil və bütün Ukraynanı zəbt etmək planlarından əl çəkməyib.

"Ukraynanın şərqində Rusiya qoşunlarının yeni hücumunun əlamətləri görünür. Onlar öz qoşunlarını möhkəmləndirir, hərbi texnika və şəxsi heyəti həm sərhəd boyu, həm də müvəqqəti işğal etdikləri ərazilərdə toplayır. Öz yaralılarına yardım etmək üçün tibbi infrastruktur, təchizat toplayır", - Malyar deyib.

Mariupolda vəziyyətlə bağlı o, bəyan edib ki, hər şeyi danışa bilməyəcək, amma Mariupolda çoxlu sayda qoşunlar var və onlar başqa regionlara hərəkət edə bilmir.

"Əslində bu gün Mariupol Ukraynanın böyük bir hissəsi üçün qalxan rolunu oynayır", - o, belə deyib.

УНИАН saytı məlumat verib ki, Sevastopol yaxınlığında Rusiya donanmasının 39 döyüş gəmisi və kateri toplanıb. Orada hal hazırda:

- 9 böyük desant gəmisi;

- 5 sualtı qayıq;

- hava yastığında olan 2 raket gəmisi;

- 5 kiçik qayıqəleyhinə gəmi;

- 2 kiçik raket gəmisi;

- 2 keşikçi gəmisi;

- 3 diversiyaəleyhinə kater;

- 2 kiçik raket kateri;

- 3 balıqçı gəmisi;

- 1 patrul qayığı;

- 2 patrul gəmisi var.

Bu, normadan artıqdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.