General: Putin artıq strateji baxımdan müharibəni uduzub

17-04-2022, 00:05           
General: Putin artıq strateji baxımdan müharibəni uduzub
Ruslar Ukraynaya qarşı müharibədə uduzurlar, o cümlədən qərargah idarəçiliyinin dəhşətli dərəcədə aşağı səviyyəsinə görə. Bununla belə, işğalçılar şərq bölgəsində açıq sahədə Ukrayna Silahlı Qüvvələrinə hücum etməyə çalışacaqlar.

Bizimyol.info xəbər verir ki, bu barədə Amerika televiziyasında istefada olan general və hərbi analitik Barri Makkaffri məlumat verib.

"Donbasdan sonra ruslar Odessanı tutmağa çalışacaqlar", - deyə o qeyd edib.

"Ruslar artıq 35.000 ölü və yaralı olaraq itki verib. Beləliklə, indi onlar Ukrayna qoşunlarını sıx binalı şəhərlərdə deyil, Donbassın açıq ərazilərində məğlub etməyə çalışacaqlar. Sonra Odessanı tutmağa ççalışacaqlar. ABŞ və 50 müttəfiqi hazırda açıq ərazilərdə keçirəcəkləri döyüşlər üçün Ukrayna əsgərlərinə lazımı silahla kömək edir”, - deyə general bildirib.

Onun sözlərinə görə, artıq Rusiyanın NATO ölkələrini təhdid edə biləcək şansı yoxdur.

“Bu mümkün deyil, Rusiya şəxsi heyətinin 60%-ni Ukraynaya döyüşməyə göndərib. İşləri eyni şəkildə edirlər. Onlar taktiki və strateji əməliyyatli planlamalarıda yanlışlığa yol verirlər. Qərargah dəhşətli dərəcədə aşağı idarəetmə səviyyəsinə malikdir. 65 batalyonun taktiki səviyyəsi aşağıdır, səmərəsizdir və nizam-intizamsızlıqdan əziyyət çəkirlər”, - deyə hərbi analitik qeyd edib.

Onun sözlərinə görə, Putin bu müharibəni artıq strateji baxımdan uduzub: "NATO əvvəlkindən güclüdür, yenidən silahlanma gedir, Finlandiya və İsveç qoşulmağa hazırdır", - deyə general qeyd edib.

Qeyd edək ki, fevralın 24-də səhər saatlarında rus qoşunları Ukraynaya daxil oldu. Rusiya Federasiyasının hücumu hərbi və mülki obyektlərin bombalanması ilə müşayiət olunub. Genişmiqyaslı işğalın başlanğıcından bəri Ukrayna Silahlı Qüvvələri 20 mindən çox işğalçını və minlərlə hərbi texnikanı məhv edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.