Ukraynada müharibə “aylar və ya daha çox” çəkə bilər – Ağ Ev proqnozunu dəyişir

17-04-2022, 08:38           
Ukraynada müharibə “aylar və ya daha çox” çəkə bilər –
“Vaşinqton Ukraynada müharibənin tez başa çatması üçün heç bir ilkin şərt görmür. Onlar hesab edirlər ki, hərbi əməliyyatlar 2022-ci ilin sonuna qədər davam edə bilər”.

CNN-in məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Blinken deyib ki, avropalı həmkarları ilə münaqişənin uzana biləcəyi ilə bağlı narahatlığı müzakirə edib.

ABŞ telekanalı, həmçinin bildirib ki, müsahibə verən bir çox rəsmilər də Ukraynada müharibənin nə qədər davam edəcəyini dəqiq proqnozlaşdırmağın çətin olduğunu vurğulayıb:

“Bir sıra rəsmilər qeyd ediblər ki, hazırda Rusiya Prezidenti Vladimir Putinin son məqsədlərinin dəyişdiyinə dair heç bir əlamət yoxdur və o, hərbi məğlubiyyətlə üzləşməsə, diplomatik danışıqlara başlaya bilməyəcək.

Bu fikir Rusiyanın Kiyevi tez bir zamanda ələ keçirəcəyini gözlədiyi bir vaxtda ABŞ-ın irəli sürdünü qısamüddətli – bir neçə günlük müharibə proqnozuna ziddir”.

Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan aprelin 14-də açıq şəkildə deyib ki, Ukraynadakı döyüşlər çox güman ki, “uzadılacaq” və “aylar və ya daha çox” davam edəcək.

Konqresin bəzi üzvləri və onların köməkçiləri də Ukraynada baş verənləri üç il davam edən Koreya müharibəsi ilə müqayisə edirlər.

Qeyd edək ki, digər iki Avropa rəsmisi də Rusiya qoşunlarının yeni hücuma başlayacağı gözlənilən Ukraynanın şərqindəki döyüşlərin 4-6 aya qədər davam edə biləcəyinə inandıqlarını vurğulayıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.