Rusiya BƏYANAT YAYDI: Bu gün saat 13:00-dək ya təslim olun, ya…

17-04-2022, 09:19           
Rusiya BƏYANAT YAYDI:
Ukrayna prezidenti Vladimir Zelenski isə Mariupolda mühasirəyə alınan əsgərlərin məhv ediləcəyi təqdirdə Rusiya ilə danışıqları dayandıracağını bildirib
Rusiya Müdafiə Nazirliyi bəyanat yayaraq Mariupoldakı “Azovstal” zavodunda mühasirədə olanları təslim olmağa çağırıb. Bəyanda deyilir ki, bu gün-aprelin 17-də saat 06:00-dan (Moskva vaxtı ilə) “Azovstal”da blokadaya alınanlar bütün döyüş əməliyyatlarını dayandırmağa və canlarını xilas etmək zəmanəti ilə təslim olmağa dəvət olunurlar.

Rusiya Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəisi, general-polkovnik Mixail Mizintsev belə bir qərarın “Azovstal”dakı Ukrayna qoşunlarının vəziyyəti və humanizm prinsipləri nəzərə alınaraq qəbul edildiyini bildirib. Müdafiə Nazirliyinin təklifinə əsasən, Moskva vaxtı ilə saat 05:00-dan etibarən tərəflər tərəflərin əlaqələri qurulur, saat 05:30-dan etibarən tam sükut rejimi fəaliyyətə başlayır, 06:00-dan etibarən siqnal bayraqları asılır və bütün Ukrayna silahlı qüvvələrinin çıxışı həyata keçirilir. Təslim olmaq üçün saat 13.00-a qədər vaxt verilib.

Məlumta görə, silahlılar Kiyevdən təslim olmaq üçün icazə tələb ediblər, lakin rədd cavabı alıblar. Yada salaq ki, aprelin 13-də Ukrayna Müdafiə Nazirliyinə tabe 36-cı briqadadan 1026 ukraynalı dəniz piyadası, o cümlədən 162 zabit könüllü təslim olub. Onların arasında iki ingilis muzdlu da var.

Qeyd olunur ki, Mariupolda “Azovstal” zavodunun ərazisində Ukrayna qoşunlarının bölmələri və milli batalyonlar qalır. Daha əvvəl “DXR” hökuməti başçısının müşaviri Yan Qaqin bildirmişdi ki, zavoda hücum onun altında böyük kommunikasiyaların olmasını çətinləşdirir. Bir gün əvvəl isə Ukrayna prezidenti Vladimir Zelenski Mariupolda mühasirəyə alınan əsgərlərin məhv ediləcəyi təqdirdə Ukraynanın Rusiya ilə danışıqları dayandıracağını bildirib.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov Ukrayna ordusunun itkilərini açıqlayıb. Rusiya tərəfinin iddiasına görə, ölənlərin sayı 23 367 nəfərdir.

Konaşenkov Ukrayna prezidenti Vladimir Zelenskinin Qərb mediasına Rusiyanın xüsusi əməliyyatı zamanı ukraynalı hərbçilərin itkilərinin 2,5-3 min nəfər təşkil etməsi ilə bağlı son açıqlamalarını “yalan” adlandırıb.

Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyi “Ukrayna ordusunun, Milli Qvardiyanın və xarici muzdluların həqiqi itkiləri haqqında etibarlı məlumatlara malikdir”. Ukrayna prezidenti Zelenski isə bu rəqəmi Ukrayna xalqına səsləndirməkdən qorxur. Təkcə Mariupolda Ukrayna hərbi qrupunun itkiləri dörd mindən çox döyüşçü təşkil edib.

Bildirilir ki, Rusiya Donbasın sərhədlərinə çıxaraq, Mariupolu da tam ələ keçirəndən sonra müharibəni dayandırmağı düşünür. Mariupol ona görə mühümdür ki, Rusiya Ukraynanın Azov dənizinə çıxışını bağlayır və Krıma quru yolu açmış olur. Zelenski bu səbəbdən Mariupolu müharibənin ürəyi adlandırır…












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.