Sputnik Azərbaycan-ın başına Rusiya kəşfiyyat polkovniki Vitali Denisov gətirildi

17-04-2022, 11:06           
Sputnik Azərbaycan-ın başına Rusiya kəşfiyyat polkovniki Vitali Denisov gətirildi
Mart ayında Sputnik Azərbaycan nümayəndəliyinin rəhbərliyində dəyişiklik baş verib.
Azərbaycanlı jurnalist Əziz Əliyevin yerinə Rusiya kəşfiyyat polkovniki Vitali Denisov büroya rəhbər təyin edib.
Vitali Denisov Sputnik Azərbaycana rəhbər kimi bir başa separatçı Cənubi Osetiyadan köçürülüb.
Rusiya xüsusi xidmət orqanlarının polkovniki Denisov Cənubi Osetiyada strateji xarakterli tapşırıqları yerinə yetirib.
Polkovnik Denisov Sputnik Azərbaycan nümayəndəliyinin yeni media siyasəti üçün tabu və prioritet istiqamətlər müəyyənləşdirib.
Denisov Sputnik Azərbaycanda Ermənistan və Qarabağdakı vəziyyətlə bağlı tənqidi materialların dərcinə qadağa qoyub.
Prioritet mövzular üçün isə redaksiyaya bir neçə istiqamətlər müəyyənləşdirib :
- Ölkədə baş verən problemli mövzuları işıqlandırmaq, sosial problemləri qabartmaq,
- Sosial narazılıq, yüksək xərclər, hökumətin iqtisadi, sosial problemləri həll edə bilməməsi kimi mövzularda körükləyici mövqelərin təşviq edilməsi.
QRU polkovniki Vitali Denisovun Sputnik Azərbaycanda tətbiqinə başladığı media siyasəti bir neçə ildir Sputnik Qazaxıstanda geniş tətbiq olunan media siyasətdir.
Yeganə Haciyeva
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru