"Rusiya regional hegemonluğunu təsdiq etməyə çalışır" - Britaniya kəşfiyyatı

17-04-2022, 13:22           
"Rusiya regional hegemonluğunu təsdiq etməyə çalışır" - Britaniya kəşfiyyatı
“Rusiya ordusu Ukrayna mövqelərinə artilleriya zərbələri endirməkdə davam edir”. “Report” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Rusiyanın əsas diqqəti Şərqi Ukraynaya yönəlib. Amma son məqsəd dəyişməz olaraq qalır. Rusiya özünün regional hegemonluğunu təsdiq etməyə çalışır. Biz beynəlxalq tərəfdaşlarımızla birlikdə Ukraynanı dəstəkləməyə davam edirik. Böyük Britaniya hökuməti Ukraynaya bir sıra iqtisadi, humanitar və müdafiə xarakterli hərbi yardım göstərir. Biz Rusiya və Belarusa qarşı əlavə sanksiyalar tətbiq edirik”, - məlumatda vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru