"Cozef Baydenin Ukraynaya səfər edəcəyini düşünürəm" - Zelenski

17-04-2022, 21:00           
"Cozef Baydenin Ukraynaya səfər edəcəyini düşünürəm" - Zelenski
“Fikrimcə, ABŞ Prezidenti Cozef Bayden Ukraynaya gələcək". “Report” xəbər verir ki, bunu Ukraynanın dövlət başçısı Volodimir Zelenski CNN-ə müsahibəsində deyib.

“ABŞ liderinin səfəri təhlükəsizlik şəraitindən asılıdır. Bu, əlbəttə, onun qərarıdır. Amma hesab edirəm ki, o, Rusiyanın törətdiyi vəhşilikləri öz gözləri ilə görmək üçün Ukraynaya gələcək”, - V.Zelenski söyləyib.

O, həmçinin fransalı həmkarı Emmanuel Makronu Kiyevə dəvət edib: “Mən Rusiyanın törətdiyi vəhşilikləri şəxsən görmək üçün onu Ukraynaya dəvət edirəm. Bu səfər Fransa Prezidentinin Ukrayna xalqının soyqırımı ilə bağlı mövqeyini dəyişəcək”.

V.Zelenskinin fikrincə, E.Makron Rusiya ilə dialoq üçün bəzi addımlar atmaq istəyir.

Qeyd edək ki, aprelin 14-də C.Bayden Kiyevə gəlməyə hazır olduğunu bildirmişdi. Lakin sonradan Ağ ev ABŞ liderinin Ukraynaya səfərinin hələ planlaşdırılmadığını açıqlayıb.

Bir müddət əvvəl Fransa Prezidenti Ukraynada baş verənləri soyqırım kimi qiymətləndirsə də, sonradan bu fikirlərindən imtina etmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.