Belarus Qərb ölkələrini hədələdi

18-04-2022, 08:31           
Belarus Qərb ölkələrini hədələdi
Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç respublika ordusunun qonşu Qərb ölkələrinin mümkün təxribatına cavab verməyə hazırlaşdığını bildirib.

"Unikal" xəbər verir ki, dövlət katibi çıxışı zamanı Minskə təcavüz olacağı təqdirdə, Qərbdə dağıntı və partlayışların davam edəcəyini vurğulayıb.

"Onlar öz infrastrukturlarını aydın olmayan şeylərə uyğunlaşdırırlar, yəqin ki, ortaya qoyurlar, aqressiya hazırlayırlar. Düşünürəm ki, adi insanlar, polşalılar, litvalılar görürlər ki, bu gün Ukraynada nə baş verir, nə dağıntılar, Ukrayna ərazisində necə faciələr olur, adi insanlar necə ölür. Ümid edirəm ki, onlar bunu istəməz, çünki belə çıxmayacaq ki, onlar Belarusa təcavüz edəcəklər və hərbi əməliyyatlar yalnız Belarusda olacaq. Xeyr, dağıntılar, ölümlər, partlayışlar da olacaq, lakin onların ərazisində", - dövlət katibi "Belarus 1" telekanalına bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.