Mariupoldakı əsgərlər əsir düşmək istəmir - Rusların "təslim olun" çağırışına "yox" deyildi

18-04-2022, 08:54           
Mariupoldakı əsgərlər əsir düşmək istəmir -
Mariupoldakı nəhəng “Azovstal” metallurgiya zavodunu müdafiə edən Ukrayna qoşunları partizan taktikalarından, nüvə bunkerlərindən və tunellərindən istifadə edərək hələ uzun müddət dayana bilir.

Redaktor.az xəbər verir ki, bunu BBC-yə müsahibəsində təhlükəsizlik konsaltinq şirkəti "Sibylline"dan hərbi ekspert Castin Krump deyib.

O bildirib ki, ukraynalı müdafiəçilər həqiqətən də müdafiəyə yaxşı hazırlaşıblar, çünki ərazini möhkəmləndirmək və geri çəkilmə yollarını qurmaq üçün 50 gündən çox vaxtları olub.

"Mən onların orada uzun müddət qala biləcəklərindən şübhələnirəm: gecə döyüşlər edib geri qayıtmaq. Bu əsgərlər əsir düşmək istəmir, təslim olacaqlarını düşünmürəm. Rusiya isə metr-metr, yerin altına girib təmizləmək istəmir, təhlükəlidir” - ekspert deyib.

Onun sözlərinə görə, Ukrayna çox riskli gecə tapşırıqlarını yerinə yetirməklə Mariupolda mühasirəyə alınan döyüşçülərin qüvvələrini artıra bilib.

Qeyd edək ki, aprelin 16-da Rusiya Müdafiə Nazirliyi Mariupol müdafiəçilərini ultimatum tonu ilə yenidən silahlarını yerə qoymağa çağırıb. Bunun üçün ruslar aprelin 17-si saat 06:00-dan etibarən istənilən döyüş əməliyyatlarını dayandırmağı tələb ediblər. Silahını yerə qoyan hər kəsin həyatının qorunub saxlanmasına zəmanət verilib.

Rusiyanın planına görə, tərəflər arasında sükut rejiminin başlanğıcı "Azovstal" zavodunun bütün perimetri ətrafında bayraqların qaldırılması ilə əlamətdar olacaq: Rusiya tərəfdən - qırmızı, Ukrayna tərəfdən - ağ.

Aprelin 17-də rus işğalçıları "təslim olmaq üçün dəhliz ayrıldığını" elan ediblər, lakin Ukrayna hərbçiləri şəhəri müdafiə etməyə davam edir. İşğalçıların hərbi əməliyyatların yerinin yalnız "Azovstal" metallurgiya zavodu ilə məhdudlaşdığını göstərmək cəhdləri reallığa uyğun gəlmir.

Mariupolun müdafiəçilərindən biri rusların ultimatumuna cavab olaraq “The Time” qəzetinin müxbiri Saymon Şusterə rus qoşunlarının mühasirəsinə düşməsinə və düşmənin davamlı atəşinə baxmayaraq, şəhəri təslim etməyəcəklərini bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.