Ştaynmayer çox işlər görüb, amma Kiyev qəbul etmir

18-04-2022, 11:14           
Ştaynmayer çox işlər görüb, amma Kiyev qəbul etmir
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bir vaxtlar Ukrayna üçün bütün digər Avropa liderlərindən daha çox işlər görüb və indi Ukrayna hakimiyyəti onu Kiyevdə görmək belə istəmir.

Axar.az xəbər verir ki, bunu Almaniyanın keçmiş xarici işlər naziri Ziqmar Qabriel deyib.

O bildirib ki, Ukrayna rəhbərliyinin belə davranışı sadəcə olaraq görünməmiş addımdır:

"Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik qəsdən Almaniya rəhbərliyini gözdən salan sui-qəsd nəzəriyyələri yayır. Səfir iddia edir ki, Ştaynmayer Rusiya ilə onillikləri əhatə edən təmaslar şəbəkəsi yaradıb və eyni siyasət indiki Almaniya hökumətində də aparılır. Bu müqayisə onu deməyə əsas verir ki, keçmiş kansler və xarici işlər naziri Almaniyada Rusiyanın maraqlarının təmsil olunmasının təşkilinə kömək ediblər. Bu bəyanat həqiqətə uyğun deyil və pis niyyətlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru