“Ay axmaq, son günlərini yaşayırsan” - KADIROV ZELENSKİNİ HƏDƏLƏDİ

18-04-2022, 11:24           
“Ay axmaq, son günlərini yaşayırsan” -
“Bu günlərdə Zelenski üçün hər şey bitəcək. Bizim on il döyüşməyə vaxtımız yoxdur”.

Bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Prezidenti Volodimir Zelenskinin CNN telekanalına müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

"Burada oxudum ki, Zelenski on il döyüşməyə hazır olduğunu bəyan edib. Ay axmaq, sən nəsən? O qədər vaxtımız yoxdur, bu günlərdə səni bitirəcəyik. Məncə, səndə şizofreniya var. Sən son günlərini yaşayırsan”,- deyə Kadırov Ukrayna Prezidenti barədə təhqir və təhdid dolu sözlər işlədib.

Qeyd edək ki, Prezident Volodimir Zelenski Rusiyaya qarşı daha 10 il mübarizə aparmaq iqtidarında olduqlarını söyləyib./modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru