“Bu dəfə artıq lokal yox, güclü dövlətlərin iştirakı ilə böyük müharibə olacaq” - Danielyan

18-04-2022, 12:07           
“Bu dəfə artıq lokal yox, güclü dövlətlərin iştirakı ilə böyük müharibə olacaq” - Danielyan
“Qarabağ məsələsi ərazi mübahisəsi deyil, geosiyasi diqqət mərkəzindədir və ermənilərlə azərbaycanlılar Qarabağın statusu ilə bağlı qərar verməyəcəklər”. Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Stepan Danielyan “Facebook” səhifəsində yazıb.

“Hazırkı Baş nazir bu anda ən təhlükəli olanı etdi. Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olduğunu bəyan edərək Ermənistanı şiddətli geosiyasi rəqabətə cəlb etdi. Qarabağ məsələsi ərazi mübahisəsi deyil, geosiyasi diqqət mərkəzindədir və ermənilərlə azərbaycanlılar Qarabağın statusu ilə bağlı qərar verməyəcəklər. Ermənistan ikinci dəfədir ki, müharibəyə cəlb olunur. Əgər bacararsa, bu dəfə artıq lokal yox, güclü dövlətlərin iştirakı ilə böyük müharibə olacaq. Hazırkı Baş nazir Ermənistan üçün ekzistensial təhlükə yaradır. P.S. Ermənistan müxalifəti siyasi mətnləri tələffüz etməyi nə vaxt öyrənəcək (bu ritorik sual idi)?”, - deyə o qeyd edib.

Danielyan başqa bir qeydində bildirib ki, Ermənistanın hazırkı rejimi ölkəni yenidən məğlub etmək üçün hər şeyi etməyə davam edir: “Qarabağ məsələsi Ermənistan-Azərbaycan məsələsindən daha genişdir. Bunu Ermənistan-Azərbaycan müstəvisində müzakirə etsək, bunun həlli yoxdur, həll etməyə imkan da verməyəcəklər. Ukrayna hadisələri şahiddir. Mövcud vəziyyətdən çıxış yolunun axtarışı davam edən dünya nizamının transformasiyası kontekstində olacaq. İndiki rejim bizə yenidən uduzmaq üçün hər şeyi etməyə davam edir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.