Rusiya MN-dən Azərbaycana qarşı daha bir təxribat - FOTO

18-04-2022, 12:11           
Rusiya MN-dən Azərbaycana qarşı daha bir təxribat - FOTO
Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan Qarabağda atəşkəs rejimini bir dəfə pozub. Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qarabağ zonasındakı sülhməramlı kontingentinin fəaliyyəti haqqında 17 aprel 2022-ci il tarixinə məlumat bülletenində bildirilib.
Yeniavaz.com xəbər verir ki, Rusiya MN-nin saytında yayımlanan bülletendə Azərbaycan rayonlarının adı təhrif olunmuş formada göstərilib.
Belə ki, Xocavənd, Ağdərə və Əsgəran inzibati ərazi vahidləri erməni dilində - müvafiq olaraq, “Martuni rayonu”, “Mardakert rayonu” və “Əsgəran rayonu” kimi qeyd edilib.
Bundan əlavə bülletendə iki müxtəlif yerdə “Dağlıq Qarabağ” ifadəsi işlədilib.
Qeyd edək ki, Azərbaycan ərazisində Xocavənd rayonu mövcuddur. Həmçinin Ağdərə Tərtər rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsində şəhər (keçmiş Ağdərə rayonunun mərkəzi), Əsgəran isə Xocalı rayonunun Əsgəran qəsəbə inzibati ərazi dairəsində qəsəbədir.
Qeyd edək ki, 12 aprel tarixi üçün dərc edilən məlumat bülletenində Xocalı rayonunun Fərrux kəndi də erməni dilində - “Furux” şəklində təqdim edilib.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.