İranlı general yenidən Azərbaycanı hədələdi

18-04-2022, 12:24           
İranlı general yenidən Azərbaycanı hədələdi
İran ordusunun Quru Qoşunları komandanı, briqada generalı Əmir Kiumərs Heydəri qonşu ölkələrdən biri haqda hədə ilə danışıb və ad çəkmədən Azərbaycanda İsrail qüvvələrinin olduğu barədə köhnə ittihamları yenidən dilə gətirib.

General Heydəri deyib:

“Mühüm və strateji şimal-qərb bölgəsində baş verən Qarabağ müharibəsi zamanı (2020-ci ildə 44 günlük müharibə) İranın Ali Baş Komandanının əmri ilə əldə etdiyimiz məlumatlara görə, “qeyri-legitim İsrail rejimi” qonşu ölkələrin birinin ərazisində fəaliyyət göstərib və regiondakı geosiyasi vəziyyəti dəyişməyi planlaşdırıb. Həmin vaxt İran Silahlı Qüvvələri ölkənin şimalında hərbi təlimlər keçirirdi. Biz iki vacib və strateji şərt irəli sürdük: Birincisi, biz regionun geosiyasətində dəyişikliklərə imkan vermərik. İkincisi, sionist rejimin əlaltıları bölgəni tərk etməlidirlər. Biz ərazidə qaldıq və bu iki şərt yerinə yetirildi”, - deyə general vurğulayıb.

Onun sözlərinə görə, İran regionda “sionist rejim”in fəaliyyətlərini müşahidə etməyə davam edir.oxu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.