“Ukraynadakı situasiya səbəbilə 1,7 milyard insanı yoxsulluq hədələyir” - BMT
19-04-2022, 07:53

Rusiya-Ukrayna münaqişəsi inkişaf etməkdə olan ölkələrin vəziyyətinə neqativ təsir göstərəcək. BMT Baş katibi Antoniu Quterriş belə hesab edir.
Rusiyanın və Ukraynanın buğda istehsalında payı 30 faiz, qarğıdalı istehsalında - 20 faiz, günəbaxan yağı istehsalında 50 faizdən artıqdır. İki ölkənin məhsulu planetin kasıb sakinlərinin qida mənbəyi rolunu oynayır, BMT Baş katibi Çexiyanın «Seznam Zpravy» nəşrinə danışıb.
«Böhran 1,7 milyard insanı əhatə edə bilər, başqa sözlə, bəşəriyyətin 1/5-dən artığını, elə yoxsulluq və aclıq ki, son 10-illiklərdə görünməyib» - o, deyib («TASS»).
Quterriş göstərib ki, Afrika ölkələrinə tədarük olunan buğdanın 30 faizdən çoxu Rusiya və Ukrayna tarlalarında becərilir.
Rusiya nəhəng qaz tədarükçüsüdür və neft ixracı həcminin yarısı onun payına düşür. Münaqişə isə kənd təsərrüfatı məhsullarının və enerji daşıyıcılarının dünya ixracının qarşısını alır və qiymətlərin qalxmasına aparır, BMT Baş katibi bəyan edib.
Ətraflı
Dünya bazarında buğda və qarğıdalı ilin əvvəlindən 30 faiz bahalaşıb, Quterriş davam edir. Brent markalı neftin qiyməti 60 faiz, qazın və kübrələrin qiyməti iki dəfədən çox artıb. Ukraynadakı münaqişə planetdə aclıq çəkən sakinlərə humanitar proqramları təhdid edir, BMT Baş katibi qeyd edir.
Onun sözlərinə görə, təşkilat təcili olaraq, Yəməndə, Çadda və Nigerdə humanitar fəaliyyəti davam etdirmək üçün 8 milyard dollara ehtiyac hiss edir. Bu fonda o, ölkələri xarici həmkarlara bazarları açıq saxlamağa, ərzaq ehtiyatı tolamağa yol verməməyə və ixracı əsassız məhdudlaşdırmamağa çağırıb.
Rusiya və Ukraynadan buğda tədarükündən ən çox asılı ölkə Türkiyədir. «Gallup»un məlumatına görə, 2019-cu ildə bu ölkələrdən Türkiyəyə 75 faiz buğda ixrac olunub - 10 faiz Ukaynadan, 65 faiz Rusiyadan.
Oxşar situasiya Afrikada da yaranır. Məsələn, Misir 2019-cu ildə buğdanın ümumi həcminin 70 faizini Rusiyadan və Ukraynadan alıb. Keniyada da oxşar situasiya hakimdir.