Səfir ABŞ-ı Rusiyanın aktivlərini oğurlamaqda ittiham etdi

19-04-2022, 10:25           
Səfir ABŞ-ı Rusiyanın aktivlərini oğurlamaqda ittiham etdi
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ hakimiyyətini Moskvaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar fonunda Rusiyanın aktivlərini oğurlamaqda ittiham edib. O, bu barədə “Politico”ya müsahibəsində danışıb.

“Siz bizim pulumuzu oğurlayırsınız”, – deyə Antonov bəyan edib.

Səfir sanksiyaların tətbiqindən və əvvəllər Amerika və Avropa banklarında saxlanılan Rusiya aktivlərinin dondurulmasından sonra Moskvanın indi Vaşinqtona necə etibar edəcəyi ilə bağlı qərarsızlıq içində olduğunu bildirib.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru