Pentaqon Rusiyanın Ukraynaya xaricdən gətirilən silahları vurmasına münasibət bildirib

19-04-2022, 09:44           
Pentaqon Rusiyanın Ukraynaya xaricdən gətirilən silahları vurmasına münasibət bildirib
“Hazırda ABŞ hakimiyyətinin əlində Rusiya Silahlı Qüvvələrinin Lvov vilayətinə endirdiyi zərbə nəticəsində ABŞ və Avropa ölkələrindən Ukraynaya göndərilən xarici silahların məhv edilməsi ilə bağlı dəlil yoxdur”.

“Report” xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən növbəti brifinqdə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

“Mən bilirəm ki, onlar Lvovda hədəfləri vurublar. Hədəfin nə olduğu, nəyin vurulduğu barədə dəqiq təsəvvürümüz yoxdur. Hazırda əlimizdə Qərb yardımının vurulduğuna və ya məhv edildiyinə dair heç bir dəlil yoxdur”, - deyə o, vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru