Paşinyan kiminlə görüşüb? – Rəsmi xəbərdə saxtakarlıq

19-04-2022, 10:53           
Paşinyan kiminlə görüşüb? –
Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun məlumatında bildirilir: “Dövlət katibinin köməkçisi Donfrid Birləşmiş Ştatların prosesə ən yaxşı şəkildə necə dəstək verə biləcəyini müzakirə etmək üçün bu həftə Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şoferi regiona göndərib”.

Axar.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı Şoferin İrəvana səfəri və burada Ararat Mirzoyan və Nikol Paşinyanla görüşməsinə münasibət bildirərkən qeyd edib.

“Endryu Şofer Minsk Qrupunda amerikalı həmsədr idi, lakin Dövlət Departamentinin son məlumatı göstərir ki, artıq həmsədr yox, “Qafqazda danışıqlar üzrə baş müşavir”dir.

Ermənistan tərəfinin Paşinyanla görüşdə Şoferi “Minsk Qrupunun amerikalı həmsədri” kimi təqdim etməsi isə İrəvanın birtərəfli mövqeyidir.

Vaşinqton Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması prosesinin Brüssel razlaşması çərçivəsində həyata keçirilməsini istəyir”, - politoloq bildirib.

Onun fikrincə, ABŞ da artıq Minsk Qrupunun de-fakto "dəfn edildiyini" qəbul edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru