Duqin: “İsa peyğəmbərin Ukraynaya ehtiyacı var. Buna görə də ordan çıxmayacağıq”

19-04-2022, 12:34           
Duqin: “İsa peyğəmbərin Ukraynaya ehtiyacı var. Buna görə də ordan çıxmayacağıq”
“Ukraynanı kimin idarə etməsindən təkcə Ürəyin taleyi deyil, həm də Ruhun taleyi asılıdır. Dünyanın bu bölgəsi İsa peyğəmbərin (Məsih) və Onun Ən Pak Anasının omoforu (yepiskopun çiyninə atdığı geyim) altında olmalıdır.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu rusiyalı filosof və politoloq Aleksandr Duqin deyib.

O, hesab edir ki, Ukrayna “ya Şeytanın hakimiyyəti altında qalacaq ya da öz gücünü ölçüyəgəlməz dərəcədə gücləndirəcək, çünki bu ərazi Rusiya dövlətçiliyinin, rus xalqının, kilsəsinin və mədəniyyətinin beşiyidir”.

“Donbass, Odessa, Kiyev və hətta Lvov uğrunda mübarizə böyük esxatoloji (son) döyüşün bir hissəsidir. Bəziləri bunun baş verəcəyindən şübhələnirdi, biz özümüz də tam olaraq inanmırdıq, ancaq nə vaxtsa baş verəcəyinə inanırdıq...

Reallıq arzuları, o cümlədən imperiyanın esxatoloji xəyallarını qabaqlayır. Materializm, iqtisadiyyat, texnologiya, rasional təhlil dövrü bitdi. İdeyalar dünyamıza qayıdır. Və əsas döyüş indi məhz yenidən onların arasında gedir. Ukrayna bizə, ruslara lazım deyil. Onun Məsihə ehtiyacı var. Və buna görə də biz oradayıq. Beləliklə, biz oradan heç yerə getməyəcəyik "deyə Duqin yekunlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru