Dmitri Medvedyev rusiyalıları qorxudur

20-04-2022, 00:00           
Dmitri Medvedyev rusiyalıları qorxudur
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya NATO-nun onun sərhədləri yaxınlığında genişlənməsi ilə əlaqədar mümkün aqresiyalara hazırlaşmalıdır.

Bu barədə Medvedyevin Rusiyanın “Kommersant” nəşrinə verdiyi açıqlamasına istinadən xəbər verir “NATO-nun Rusiya Federasiyasının sərhədləri yaxınlığında genişlənməsi artıq söz və təhdidlər toplusu deyil, hər an hər cür aqresiyaya hazır olmalıyıq”, – deyə o bildirib.

“Rusiya Federasiyasını müasir silahlarla təmin etmək üçün imkanlar yaratmalıyıq, bizə etibarlı, yüksək texnologiyalı hərbi və ikili təyinatlı texnika lazımdır”, – Medvedev əlavə edib. Bildiyiniz kimi, Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başladıqdan sonra Finlandiya və İsveçdə NATO-ya qoşulmaq istiqamətində fəallıq kəskin şəkildə artıb. Müzakirələr yeni başlasa da hər iki ölkə iyunda üzvlük üçün müraciət edəcəklərini bildirb. Rəsmi Moskva isə bunun “nəticələri” barədə xəbərdar etməyə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru