Paşinyanın Moskva səfəri zamanı hansı sənədlər imzalanıb?
20-04-2022, 11:46

Ermənistanın baş naziri Nikol Paşinyan bir qədər əvvəl Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb.
Ermənistanın baş nazirinin Rusiyaya səfəri zamanı iki ölkənin hökumətləri əməkdaşlığa dair bütöv sənədlər paketi imzalayıblar. Sazişlər müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutur.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, iki ölkənin sosial əmək nazirlikləri arasında sosial və əmək sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Eyni sənəd iki dövlətin məhkəmə aktlarının icrası xidmətlərinin əməkdaşlığına dair ədliyyə nazirlikləri arasında imzalanıb.
Bundan əlavə, İrəvan və Moskva enerji layihələrinin həyata keçirilməsində hərtərəfli əməkdaşlıq proqramı imzalayıblar. Digər sənəd fitosanitar nəzarəti sahəsində birgə işlərə aiddir.
Ermənistan və Rusiya 2022-2023-cü illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər. Ədliyyə nazirlikləri arasında qarşılıqlı fəaliyyət proqramı da imzalanıb.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı Rusiyaya iki günlük rəsmi səfərə gəlib. O, artıq Moskvada prezident Vladimir Putinlə danışıqlar aparıb.