"Qonşu ölkələrdən kişilər İrana qadınlarla eyş-işrət yaşamaq üçün gəlir" - İRANLI DEPUTATDAN SENSASİYALI AÇIQLAMA

20-04-2022, 11:16           
"Qonşu ölkələrdən kişilər İrana qadınlarla eyş-işrət yaşamaq üçün gəlir" - İRANLI DEPUTATDAN SENSASİYALI AÇIQLAMA
İran Parlamentinin Şiraz şəhərindən seçilmiş millət vəkili Əlirza Pakfitrət sensasiya sayıla biləcək açıqlama verib.

Qafqaz.media“Azad İran”a istinadən xəbər verir ki, o, bəzi qonşu ölkələrdən turist kişilərin iranlı qadınlarla əylənmək üçün İrana səfər etdiklərini deyib. Pakfikrətin sözlərinə görə, buna səbəblərdən biri də ölkə əhalisinin ağır vəziyyətdə yaşamasıdır, yəni kəskin yoxsulluq səbəbindən qadınların əxlaqsızlıqla məşğul olması hallarının da artmasıdır.

Deputat ölkədə qadınların hicab taxmaması və ya hicabı “lazımi qaydada” taxmaması hallarının artdığından da şikayətlənib. Millət vəkili əlavə edib ki, bunun səbəblərindən biri də ölkənin rəsmi şəxslərinin ailələrindəki qadınların da məcburi hicaba riayət etməməsi hallarıdır. Bu na görə sadə xalq da qaydalara tabe olmaqdan boyun qaçırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru