"London bir saniyədə öz əsirlərindən üz çevirdi" - Zaxarova
20-04-2022, 11:03
“London Donbassda saxlanılan həmvətənlərindən üz çevirib”.
Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sputnik” radiosunun efirində bildirib.
"Onlar görünməmiş bir rahatlıqla öz ölkələrinin vətəndaşlarını, orada əsir götürülənləri tərk edirlər. London bir saniyədə öz əsirlərindən üz çevirdi. Dedilər ki, bu, onların öz işidir” – deyə Zaxarova qeyd edib.