Rusiya 9 May öncəsi nəzərəçarpan nailiyyətlər nümayiş etdirmək istəyir - Britaniya kəşfiyyatı

21-04-2022, 11:37           
Rusiya 9 May öncəsi nəzərəçarpan nailiyyətlər nümayiş etdirmək istəyir -
Rusiya, ehtimal ki, 9 may Qələbə Günü tədbirləri öncəsi nəzərəçarpan nailiyyətlər nümayiş etdirmək arzusundadır.

Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, bu, onların həmin tarixə çatmaq üçün əməliyyatları hansı sürətlə və güclə həyata keçirməsinə təsir edə bilər.

Qeyd olunub ki, Rusiya qüvvələri hazırda Donbasda davamlı raket zərbələrinə məruz qalan Kramatorks istiqamətində irəliləyir.

Vurğulanıb ki, Rusiya Ukraynanın şərqindəki hücumuna yaxın hava dəstəyi vermək üçün Ukraynanın hava hücmumundan müdafiə sistemlərini zərərsizləşdirmək və sıxışdırmaq məqsədi ilə yüksək səviyyəli hava aktivliyini davam etdirir. //apa//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru