“Bu şəhəri üçüncü dəfə “azad edirlər” -

22-04-2022, 07:43           
“Bu şəhəri üçüncü dəfə “azad edirlər” -
“Rusiya Müdafiə Nazirliyi növbəti dəfə Rubejnenin “azad edildiyini” açıqlayıb”. Bu barədə Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

S.Qayday bu məlumatın saxta olduğunu vurğulayıb.

“Absurd fikirlərdir. Müharibənin 56-cı günündə düşmən Rubejnenin qərb və şimal-qərb hissəsində möhkəmlənməyə çalışdı, lakin məğlub oldu. Bu artıq Rusiya ordusunun Rubejneni “azad etməsi” ilə bağlı üçüncü bu cür açıqlamasıdır”, - deyə S.Qayday bildirib.

Qeyd edək ki, Rusiya tərəfi şəhəri nəzarətə götürdüyü ilə bağlı martın 1-də və 18-də də məlumat vermişdi.

Mənbə: Pravda












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru