“”Azovstal” zavodu nahara qədər və ya sonra ələ keçiriləcək” - Kadırovun vədi
22-04-2022, 07:45

Çeçenistanın başçısı Ramzan Kadırov bəyan edib ki, Rusiya Federasiyasıın Silahlı qüvvələri gün ərzində Mariupolda «Azovstal» metallurgiya kombinatını ələ keçirəcək.
«Bu gün nahara qədər və ya nahardan sonra tamamilə Rusiya Silahlı Qüvvələrinin nəzarəti altında olacaq. Şər şey hazrdır, strategiya hazırdır, döyüşçülər hazırdır, yalnız vaxt lazımdır» - Kadırov özünün Teleqram- kanalındakı audiomüraciətində bəyan edib.
«Siz isə inanmırdınız. Bundan əvvəl təsim olmaq lazım idi» - Kadırov deyb. O, həm də əmin olduğunu bildirib ki, Rusiya Silahlı Qüvvələri həmişə yaxşı və vaxtında qərar qəbul edir.
Bu gün KİV-in yaydığı başqa bir xəbərdə isə deyilir ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya «Azovstal» şəhərciyinə hücumu dayandırmağı əmr edib: «Məqsədəuyğun deyil. Hərbçilərimizin həyatı daha qiymətlidir… Bu, yeraltı şəhərciyə soxulmaq lazım deyil».
Düşündürücüdür, dövlətin başçısı Vladimir Vladimiroviç «hücumu dayandırın, lazım deyil…» deyir, onun vassalı Ramzan Əhmədoviç isə əksini söyləyir və necə deyərlər, «özünün Roma papasından artıq katolik olduğunu göstərmək istəyir». İndi bilmək olmur ki, Vladimiroviç doğru deyir, yoxsa Əhmədoviç?
Bu yerdə bir atalar məsəli yada düşür: «Allah dəvəyə qanad versəydi, uçurmadığı dam qalmazdı».