"Ruslar oğurladıqları insanları polis bölməsində saxlayırlar" - 8 gün əsirlikdə qalan jurnalist

22-04-2022, 10:06           
"Ruslar oğurladıqları insanları polis bölməsində saxlayırlar" - 8 gün əsirlikdə qalan jurnalist
"Rusiya hərbçiləri oğurlanmış insanları Xerson vilayətinin ələ keçirilən yaşayış məntəqələrindəki polis bölmələrinə aparır. İşğalçılara yerli əməkdaşlar kömək edir". Bu barədə TSN-ə Xersondan olan jurnalist Oleq Baturin məlumat verib. Səkkiz gün rus əsirliyində qalan jurnalist başına gələnləri danışıb.

"Məni tutanda əvvəlcə Nova Kaxovkada saxladılar, sonra Xersona köçürdülər. Azadlığa çıxandan sonra bildim ki, Çaplinkada və ələ keçirilən digər polis binalarında insanlar saxlanılır. Belə yerlərin sayı durmadan artır",- jurnalist xatırlayıb.

Baturinin sözlərinə görə, o, xəbərdarlıq məqsədilə saxlanılıb.

"Onlar məni qorxutmağa və jurnalist fəaliyyətimi dayandırmasam, növbəti dəfə başıma nələrin gələ biləcəyini göstərməyə çalışdılar. Mənimlə bu söhbətləri edən sadistlər yerli əməkdaşlar idi. Mənim onlara həsr olunmuş nəşrlərim əin adamları qəzəbləndirib. Bildirdilər ki, mən daha jurnalist işləyə bilməyəcəm və məndən qisas alacaqlar.

Yerlilərdən olan xainlər “Müqəddəs Georgi lentləri” ilə, qırmızı bayraqlarla dolaşır, daim sovet abidələrini çox aqressiv şəkildə müdafiə edirdilər”,- deyə Baturin bildirib.

Bundan əlavə, o, rusların Xersona və Xerson vilayətinin sol sahilinə daha diqqətli davrandıqlarını bildirib.

"Ruslar Nikolaev və Dnepropetrovsk vilayətləri ilə sərhəddəki yaşayış məntəqələrinə sadist münasibət bəsləyirlər. Elə kəndlər var ki, orada hər şeyi dağıdıblar - insanlar qaçıb, hər şey talan edilib və orada yaşamaq mümkün deyil", - deyə jurnalist qeyd edib.



Şahanə Rəhimli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru