Borrel Rusiyadan bunu TƏLƏB ETDİ

23-04-2022, 00:04           
Borrel Rusiyadan bunu TƏLƏB ETDİ
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Ukraynanın Mariupol şəhərindəki “Azovstal”dan Ukraynanın digər bölgələrinə atəşkəs zəmanəti ilə humanitar dəhlizlərin yaradılmasına çağırıb.

Redaktor.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyası rəhbərinin bəyanatında deyilir.

“Bir neçə həftədir ki, dünya Rusiyanın Mariupola qanunsuz hücumunun şahidi olur və bu, təhrif olunmuş “azadetmə” bəhanəsi ilə şəhərin genişmiqyaslı dağıdılması, o cümlədən dinc əhaliyə qarşı vəhşiliklərlə nəticələnib”, - bəyanatda qeyd olunub.

“Aİ Ukraynanın Kremlə Mariupolun mülki əhalisinin təhlükəsiz təxliyəsinə icazə verməklə bağlı çağırışını dəstəkləyir”, - Borrel deyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya Mariupolu bombalamağa və “Azovstal” rayonunda Ukrayna bölmələrini blokadada saxlamağa davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru