ABŞ maliyyə naziri neytral ölkələri Rusiyanın fəaliyyətini qınamağa çağırıb

24-04-2022, 01:08           
ABŞ maliyyə naziri neytral ölkələri Rusiyanın fəaliyyətini qınamağa çağırıb
ABŞ hesab edir ki, Rusiyanın Ukraynadakı “xüsusi əməliyyat”ına yönəlik neytral mövqeyini bəyan etmiş ölkələr Rusiyanı ittiham edəcəklər və ona qarşı tətbiq olunmuş sanksiyalara qoşulacaqlar.

TASS agentliyinin xəbər verdiyi kimi, bu barədə ABŞ maliyyə naziri Canet Yellen bəyan edib.
Ətraflı

Yellenin sözlərinə görə, bu ölkələrin neytrallığı BMT Nizamnaməsi ilə təsdiqini tapmış davranışın baza prinsilərinin pozulmasıdır. O, qeyd edib ki, bu prinsiplərə əməl olunmasını dünya iqtisadiyyatının və rəhbər institutlarının bir hissəsi olan bütün ölkələrdən gözləyirlər. «Və biz, gerçəkdən onları Rusiyanın fəaliyyətini qınamağa çağırırıq» - nazir deyib.

«Amma bundan əlavə, biz əlbəttə, əmin olmaq istəyirik ki, onlar bizim sanksiyalardan kənarda qalmayacaqlar və Rusiyaya hər-hansı aktiv dəstək verməyəcəklər» - Yellen bəyan edib.

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.