“Üçüncü dünya müharibəsi nədən başlana bilər?” - Roqozin

24-04-2022, 08:15           
“Üçüncü dünya müharibəsi nədən başlana bilər?” - Roqozin
Digər ölkənin kosmik aparatına qarşı peyk əleyhinə silahdan istifadə edilməsi üçüncü dünya müharibəsinin başlanmasına səbəb ola bilər.

Bu fikri aprelin 23-də «Rossiya 24» telekanalına müsahibəsində «Roskosmos»un başçısı Dmitri Roqozin səsləndirib. Onun fikrincə, belə hadisə «casus belli», başqa sözlə, müharibəyə başlamağın formal bəhanəsi ola bilər. «Nəzərə almaq lazımdır ki, özgənin kosmik aparatının məhv edilməsi, bu, üçüncü dünya müharibəsidir, yəni birmənalı olaraq «casus belli»dir» - “RİA Novosti” Roqozindən sitat gətirir.

Korporasiya başçısı etiraf edib ki, peyk əleyhinə sınaqlara morotarium qoyulmasını bildirən ABŞ hakimiyyətinə inanmır. Onun sözlərinə görə, Amerikada artıq bu tədbirləri həyata keçiriblər və başa çatdırıblar, indi isə hökumət özündən «sülh göyərçini» düzəltmək istəyir.

Roqozin bəyan edib ki, gələcəkdə tezliklə kosmosda kütləvi qırğın silahları yeni reallıq ola bilər, ABŞ-da artıq qelə işlər aparılıb, məsələn, məxfiləşdirilmiş X-37B mini-şattlı ki, silah və kəşfiyyat aparatları daşıya bilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru