Əfqanıstan-İran sərhədində gərginlik – VİDEO

24-04-2022, 10:04           
Əfqanıstan-İran sərhədində gərginlik – VİDEO
Əfqanıstanla İranın sərhəddində gərginlik yaranıb.

İlkin məlumat görə, İran sərhədçiləri avtomobillərlə Herat əyalətinə daxil olub.

Nəticədə “Taliban” üzvləri ilə İran sərhədçiləri arasında gərginlik yaşanıb.

Xəbəri İran prezidentinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Həsən Kazimi də təsdiq edib.

O, baş verənlərə görə, hazırda Əfqanıstanda hakimiyyətdə olan “Taliban” silahlılarını ittiham edib.

“Taliban bu gün heç bir razılaşma olmadan icazəsiz Doğarun sərhəd-keçid məntəqəsində yol çəkməyə başlayıb. Sərhədçilər sərhəd pozulduğu üçün bunun qarşısını alıblar”, - deyə Həsən Kazimi vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru