Bu gün Fransada prezident seçkilərinin 2-ci turu baş tutacaq

24-04-2022, 10:27           
Bu gün Fransada prezident seçkilərinin 2-ci turu baş tutacaq
Bu gün Fransada prezident seçkilərinin ikinci turu baş tutacaq.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Fransa mətbuatı yayıb.

Mənbə yazır ki, ikinci turda Fransanın hazırkı Prezidenti Emmanuel Makron və Marin Le Pen iştirak edir.

Reytinqlər ölkənin hazırkı liderinin qələbəsini proqnozlaşdırır.

Aprelin 10-da keçirilən birinci turun nəticələrinə görə, namizədlərdən heç biri 50 %-dən çox dəstək almayıb. Buna görə də maksimum nəticə göstərən iki namizədin iştirak etdiyi ikinci tur təyin olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.