“BİZ FACİƏLİ SELFİLƏR ÖLKƏSİ DEYİLİK, UKRAYNAYA ƏLİBOŞ GƏLƏ BİLMƏZSİNİZ” - Zelenski ABŞ dövlət katibi və Pentaqon rəhbərinin səfəri

24-04-2022, 11:26           
“BİZ FACİƏLİ SELFİLƏR ÖLKƏSİ DEYİLİK, UKRAYNAYA ƏLİBOŞ GƏLƏ BİLMƏZSİNİZ” -
“BİZ FACİƏLİ SELFİLƏR ÖLKƏSİ DEYİLİK, UKRAYNAYA ƏLİBOŞ GƏLƏ BİLMƏZSİNİZ” - Zelenski ABŞ dövlət katibi və Pentaqon rəhbərinin səfəri haqqında
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinin Ukraynaya səfəri haqda açıqlama verib. Onun sözlərinə görə, görüş zamanı Ukraynaya silah tədarükü və təhlükəsizlik təminatlarını müzakirə etməyi planlaşdırırlar.

"Xarici liderlərin bizə gəlməsi niyə vacibdir? Siz indi bizə əliboş gələ bilməzsiniz və biz hədiyyələr və ya tortlar yox, konkret silahlar gözləyirik. Ona görə də inanıram ki, biz ABŞ-dan Ukrayna üçün əvvəllər razılaşdığımız silah paketinin bir hissəsini ala biləcəyik”, - o, Kiyev metrosunda dünya və Ukrayna KİV-lərinə mətbuat konfransı zamanı deyib.

"Biz bütün liderlərə müraciət edirik - biz faciəli selfilər ölkəsi deyilik, bizdə əsl müharibə var... lütfən danışdığımız yardımla gəlin", - Zelenski əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.