Fransa və Almaniyanın Rusiyaya "reveransları".

15-05-2022, 00:03           
Fransa və Almaniyanın Rusiyaya "reveransları".
Bu gün sivil demokratik dünyanın Rusiyanın terrorçu, işğalçı siyasətinə qarşı sərt mövqe nümayiş etdiyi zaman, Avropanın aparıcı ölkələri olan Fransa və Almaniya "ikili oyun" oynamış kimi görsənirlər və bu görüntü səbəbsiz yaranmayıb.
Səbəbləri araşdıraq.
Tarixi, strateji, ideoloji.
-Uzun illər ərzində Rusiya ilə müttəfiqlik münasibətləri Almanıyanın strateji geosiyasi(!) istiqamətiydi(maraqlısı odur ki, bu müttəfiqlik münasibətlərdə Rusiyaya "kiçik qardaş" rolu ayrılırdı). Bu formatda strateji müttəfiqlik münasibətləri Birinci Pyotrun vaxtından formalaşmağa başlamışdı.
-Almaniya, Rusiya və Fransa cəmiyyətlərini biri-birinə oxşadan bir neçə(mənfi) cəhət var: sosializmin kommunizlə, nasizmlə, irqçiliklə, imperiya ambisiyaları ilə sintez olunmuş xislət.
-Almaniya və Fransa ABŞ-ın geosiyasi hegemonluğuna qarşı qısqanc yanaşırlar. Bu da bir paradoksdur, Avropanı nasizmdən, daha sonra SSRİ-dən qoruyan məhz ABŞ idi. Bugünkü geosiyasi qarşıdurma ABŞ-ın mövqelərini gücləndirəcək, Almaniya və Fransa isə "ikili oyun" oynayaraq buna bir növ etiraz bildirmək istəyirlər.
Yuxarıda sadaladığımların-strateji faktorlardır, onlarla yanaşı daha kiçik, amma önəmli faktorlar da mövcuddur.
-Neft, qaz. İqtisadi əlverişli əməkdaşlıq.
-Rusiya tərəfindən "verbovka" olunmuş siyasətçilər(xüsusilə Almaniyada).
-Rusiyanın siyasi təzyiq mezanizmlərini də unutmayaq: qaçqınlar, Rusiyadan idarəolunan sarı jiletlilər etirazları, Rusiyanın maraqlarını təmsil edən siyasi qüvvələr(Almaniya üçün Alternativ, Le Pen və s.).
Yekunlaşdıraraq demək istəyirəm ki, Almaniya və Fransanın mövqeyi bizi məyus etsə də, bu kritik deyil, bu gün ABŞ, BB, Polşa, Baltikyanı ölkələr və başqa müttəfiqlər dünyanı istiqamətləndirmək, şər qüvvələri dağıtmaq iqtidarında və gücündədir, Almaniya və Fransa isə xoşagəlməz siyasi "reveransları" ilə fərqlənsələr də, strateji olaraq heç nəyi dəyişə bilməyəcəklər.
Kamran Jafarov
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru