“PUTİN OLDUQCA AĞIR XƏSTƏDİR…” – Britaniyanın keçmiş casusundan açıqlama
15-05-2022, 11:35

Rusiyanın 2016-cı ildə ABŞ-ın keçmiş prezidenti Donald Trampın lehinə seçki kampaniyasına ehtimal edilən müdaxiləsi ilə bağlı dosye yazan keçmiş Britaniya casusu Kristofer Stil Rusiya prezidenti Vladimir Putinin “ağır xəstə” olduğunu bildirib.
Teref.az yazır ki, qafqaz.media “Sky News”a istinadən xəbər verir ki, 2006-2009-cu illərdə Mİ6-da Rusiya departamentinə rəhbərlik etmiş və 1990-cı illərdə orada işləmiş britaniyalının fikrincə, Putinin xəstəliyi Ukraynada baş verənlərin “ünsürü” idi.
"Rusiya və digər ölkələrdəki mənbələrdən eşitdiyimizə görə, Putin əslində olduqca ağır xəstədir. Bu, tənliyin bir hissəsidir", - Stil deyib.
O əlavə edib ki, Rusiyada ümumilikdə prezident Putinlə qarşıdurmaya və ya mübahisə etməyə hazır olan çox az adam var.
Qeyd edək ki, əvvəllər Putinin qalxanabənzər vəzinin xərçəngi və ya qarın boşluğunda xərçəng olması ilə bağlı şayiələr yayılmışdı. Putinin xüsusilə ciddi xərçəng xəstəliyinə tutulması faktını “Bellingcat”-ın müstəntiqi Hristo Grozev də bildirib.
Son zamanlar mediada Rusiya prezidenti Vladimir Putinin xəstəliyi və onun gözlənilən əməliyyatı ilə bağlı şayiələr getdikcə artır.
Putinin səhhətinin pisləşməsi ilə bağlı şayiələr onun varisi ilə bağlı sualı gündəmə gətirir. Jurnalistlər yazır ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev dünyanın əsas qanlı diktatorunu müvəqqəti olaraq əvəz edə bilər.