Britaniya qlobal NATO-nun yaradılmasını təklif edir

16-05-2022, 11:13           
Britaniya qlobal NATO-nun yaradılmasını təklif edir
Britaniyanın xarici işlər naziri Liz Trass Hind-Sakit okean regionunda baş verənləri izləməyə imkan verəcək qlobal NATO-nun yaradılmasına çağırıb.

O, bunu bazar günü Almaniyanın paytaxtında keçirilən NATO Xarici İşlər Nazirlərinin toplantısına gələrkən deyib.

“Bizim diqqətimizi qlobal NATO-ya yönəltməyimiz vacibdir. Çünki Avro-Atlantik təhlükəsizliyi qoruyarkən Hind-Sakit okean regionunda təhlükəsizliyə də diqqət yetirməliyik”, - XİN rəhbəri bildirib.

O, həmçinin Finlandiya və İsveçin alyansa qoşulmasına güclü dəstəyini ifadə edib.

Mənbə: rossaprimavera.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru