Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib

17-05-2022, 08:48           
Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı ortaq mövqedə razılığa gələ bilməyiblər.

“Report” “İnterfaks-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel keçirdiyi mətbuat konfransında bildirib.

"Biz işğalın qiymətini Kreml üçün dözülməz etmək üçün Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə davam edəcəyik. Müzakirələri davam etdiririk. Təəssüf ki, bu gün altıncı sanksiyalar paketini yekunlaşdırmaq üçün razılığa gəlmək mümkün olmadı", - Borrel bildirib.

Aİ diplomatiyasının rəhbəri əmin edib ki, bu məsələnin müzakirəsi davam etdiriləcək. Paket “Daimi Nümayəndələr Komitəsinə qayıdacaq və səfirlər müzakirələri davam etdirəcək”.

Onun sözlərinə görə, Aİ yenə də Rusiya neftinə qadağa ilə bağlı razılığa gələ bilməyib.

"Biz eyni çətinliklərlə - neft embarqosu ilə bağlı yekdilliyə gələ bilməməkdə qalırıq", - Borrel əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru