Belarus ordusu Ukrayna sərhədində fəallaşdı

17-05-2022, 08:19           
Belarus ordusu Ukrayna sərhədində fəallaşdı
Ukrayna-Belarus sərhədi boyunca Belarus hərbçilərinin fəallığı müşahidə olunur.

Axar.az xəbər verir ki, bu barədə "Azadlıq" radiosu məlumat yayıb.

Belarus Baş Qərargahı bildirib ki, bu cür hərəkətlər ukraynalılardan və NATO qoşunlarından qorunmaq məqsədi daşıyır.

Qeyd olunub ki, Qomel vilayətinin sakinləri sərhəd yaxınlığında beton bloklar və maneələrə diqqət yetiriblər. Onlar Qomel-Çerniqov magistralında, Ukrayna ilə sərhəddən iki kilometr aralıda quraşdırılıb. Zirehli transportyorlar da var.

Yol polisi sərhədə və Belarusla sərhəd kəndlərinə gedən insanların sənədlərini və maşınlarını yoxlayır.

Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini İqor Korol isə Ukrayna və NATO ölkələrindən mümkün təhlükələrdən danışaraq, sərhəddə təxribatların ola biləcəyini vurğulayıb:

“Aralıq dənizi və Baltik dənizində qanadlı raketlərdən ibarət zərbə qrupu yaradılıb. Təəssüf ki, qanadlı raketlər müdafiə deyil, hücum silahıdır. Bu raketlərin uçuş məsafəsi onlara ölkəmizin ərazisini atəşə tutmağa imkan verir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru